İmmo sisteminin sönd...

Ecutining.az | İmmo sisteminin söndürülməsi

immo-sisteminin-sondurulmesi

İmmo sisteminin söndürülməsi


İmmo və ya İmmobilayzer nədir?

İmmobilayzer avtomobildə quraşdırılmış elektron təhlükəsizlik cihazıdır və düzgün açarı taxmadığınız  təqdirdə mühərrikin işə düşməsinin qarşısını alır. Elektrik immobilayzer sistemi 1959-cu ildə St George Evans tərəfindən icad edilmişdir. Nəqliyyat vasitələrinin məcburi oğurlanmasının qarşısını alan bir sistemdir və 2000-ci illərdən bəri istehsal edilən bütün avtomobillərdə mövcuddur. Avtomobiliniz 2000 model və daha yuxarıdırsa, siz bu texnologiyadan xəbərsiz olsanız belə istifadə edirsiniz.

 

İmmobilayzer nasazlığı nədir? Niyə işləmir?

Zədələnmiş immobilayzer(immo) çipləri və ya bitmiş batareyaları immobilayzer cihazının işini dayandırmasına səbəb ola bilər. Səbəb isə içərisindəki çipin xarab olmasıdır. Xarab olmamaq üçün açarı sola və sağa atmayın, onlar adətən suya davamlıdırlar, amma yenə də onları islatmayın, qoruyun, onları sevin. Avtomobilinizdə hər hansı bir şəkildə immobilayzer nasazlığı varsa, bu nasazlıq və ya xəta tez bir zamanda düzəldilməlidir. Çünki açar işləmədiyi zaman yanınızda ehtiyat açar yoxdursa, cibinizə bərəkət. Bu sizə baha başa gələ bilər.

İmmobilayzer nasazlığının əlamətləri nələrdir?

  • Mator işləmiyə bilər,
  • Kilidləmə problemləri yarana bilər,
  • Starter açarı dönməyə bilər,
  • Kilidi açma problemləri yarana bilər.

 

İmmo və ya İmmobilayzerin söndürülməsi

İmmobilayzeri necə ləğv etmək(deaktiv etmək) olar : İmmobilayzer(immo) sistemi həm avtomobil dizaynı, həm də kompüter texniki inkişafı səbəbindən hər il daha mürəkkəb bir sistemə çevrilir. Bu səbəbdən, immobilayzerin ləğvi üçün həmişə müxtəlif yollar və üsullar ola bilər. Qyuxarıdada saydığımız səbəblərdən ötrü immo sistemi xarab ola bilər. Qüsurlu immobilayzer sistemi avtomobilin işə düşməsinə mane olacaq. İmmobilayzerin təmiri və diaqnozu bahalı prosedur ola bilər. Xüsusilə yeni sistemli avtomobillərdə bu xərc daha yüksəkdir. Buna görə də, immobilayzer sisteminin ləğvi sərfəli bir həlldir. İmmobilayzer sistemini söndürməyin ən ümumi üsulu ECU-da EEPROM çipini yenidən proqramlaşdırmaqdır.

 

scroll up