
Katalizatorların ləğv edilməsi
Katalizator nədir?
Katalizator bütün avtomobillərdə mühərrik və səsboğucu arasında yerləşən hissədir. Bu hissənin məqsədi avtomobil işə salındıqdan sonra mühərrik tərəfindən istehsal olunan zəhərli qazları udaraq havaya daha təmiz tüstü çıxarmaqdır.
Katalizator bütün avtomobillərdə tapılan və katalitik çevirici kimi də tanınan hissədir. Mühərrik bölməsində yerləşən bu hissə səsboğucudan çıxan zərərli qazların atmosferə daha az yayılmasının qarşısını alır. Avtomobildəki katalizator adətən platin, palladium və rodium kimi qiymətli metalların təbəqəsi ilə örtülmüş keramika və ya metal substratdan ibarətdir. Bu metallar səsboğucu sisteminin daxilində baş verən kimyəvi reaksiyaları sürətləndirmək üçün katalizator rolunu oynayır. İşlənmiş qazlar katalizatordan keçdikdə, karbonmonoksit, azot oksidləri və yanmamış karbohidrogenlər kimi zərərli maddələri karbon qazı, su buxarı və azot qazı kimi daha az zərərli maddələrə çevrir.
Katalizatorda baş verən nasazlıqlar
-İçindəki katalizatorun tıxanması və ya donması
-Katalitik konvektorda yerləşdirilmiş pətəkli çininin çatlaması və ya tam qırılması
-Yuxarıda qeyd etditimiz, katalizatorda olan kimyəvi maddələrin xassələrini itirməsi nəticəsində katalizatorun öz vəzifəsini yerinə yetirməməsi kimi sıralana bilər.
Yuxarıda qeyd etdiyimiz nasazlıqların avtomobilimiz üzərindəki əlamətlərini aşağıdakı kimi sadalaya bilərik.
-Səsboğucudan çox pis qoxu gəlir. Bu qoxu hətta avtomobilinizin içinə belə girir. Pəncərələri açmasanız belə, qoxu birtəhər sizə gəlir.
-İndi daha çox yanacaq sərf edirsiniz. Qüsurlu katalitik çeviricisi olan avtomobil analoqlarına nisbətən ən azı 10-20% daha çox yanacaq sərfiyyatı təmin edir.
-Mühərrikin performansı azalacaq. Yandırdığı qazları sağlam şəkildə ata bilmədiyi üçün çəkiş gücü əvvəlki qədər yaxşı olmaya bilər.
-Arxa tərəfdən klik səslərini eşidə bilərsiniz. Katalitik konvektorların içərisində çinidən hazırlanmış evlərimizdəki köhnə pətəklərə bənzər bir-birinə bağlanmış uzun və nazik keramika lövhələr var. Əgər bu lövhələrdən biri və ya bir neçəsi qırılıbsa, siz çuxurdan keçərkən və ya pis yollarda seyr edərkən çıqqıltı səsi çıxaracaq.
Katalitik konvertorda nasazlıq varsa, bunu avtomobilinizin göstərici panelindən(pribor) də başa düşə bilərsiniz.
Katalizatorun ləğv edilməsi nədir?
Katalizatorun ləğvində müsbət nəticə axtarırsınızsa deyə bilərik ki, avtomobilinizin performansında artım olacaq. İşlənmiş qazlar daha asan boşaldılacağı və reaksiyaya girmədiyi üçün performansda bir qədər artım müşahidə oluna bilər. Katalizator boşaldıqdan sonra biz avtomobilin beyninə qoşuluruq və beyindən etdiyimiz yeniləmələrlə katalizator xətalarını ləğv edirik. Bu sayədə bir daha nasazlıqlarla qarşılaşmayacaqsınız və avtomobilinizin çəkmə qabiliyyətinində artdığını görəcəksiniz. Bundan əlavə, avtomobil səsboğucu qazını daha asan boşaldacağı üçün ləğv əməliyyatından sonra avtomobilin yanacaq sərfiyyatında azalmalar müşahidə edilə bilər.